Xəzər Xəbər

Lerik sakinləri TƏHLÜKƏDƏ 5 ailə evini tərk etdi

Hadisə | 12:28 • 5 Oktyabr 2017
Lerik sakinləri TƏHLÜKƏDƏ

"Son günlər ölkə ərazisində müşahidə edilən leysan xarakterli yağışlar Lerikdə sürüşmə zonalarını aktivləşdirib”.

Bu barədə Lerik rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov məlumat verib.

Onun sözlərinə görə, yağışlar rayonun bir sıra yaşayış məntəqələrinə ziyan vurub:

"Rayonda bir sıra yaşayış məntəqələri -Veri-Əliabad, Noda kimi kəndləri aktiv sürüşmə zonalarında yerləşir. Sürüşmə səbəbindən 5 evə ziyan dəyib, 12 yaşayış evinin həyətini isə su basıb. Sürüşmədən ziyan dəyən 5 evin sakinləri müvəqqəti olaraq qonşularının mənzilinə köçüb. Bu gün artıq hava nisbətən mülayimləşdiyindən həmin evlərdəki problem aradan qaldırılandan sonra sakinlər öz mənzillərinə köçürüləcək. Həyətyanı sahələrini su basan ailələrin isə evlərində yaşaması təhlükəli deyil”./publika.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti