Xəzər Xəbər

Avtomobillər toqquşdu Yaralılar var

Hadisə | 18:20 • 4 Oktyabr 2017
Avtomobillər toqquşdu

Cəlilabad rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında Ələt-Astara magistralının Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes” markalı avtomobillə UAZ markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər yaralanıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər lenti