Xəzər Xəbər

ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb

Hadisə | 16:50 • 4 Oktyabr 2017
ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb

ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb.

Hadisə paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində qeydə alınıb. Bakı şəhər sakini Lala Hüseynlinin idarə etdiyi "KİA” markalı avtomobil ABŞ-ın Bakıdakı səfirliyinə məxsus, Katerina Karridianın idarə etdiyi "Honda” markalı, 006 D 004 dövlət qeydiyyat nişanlı maşına çırpılıb. Səfirliyə məxsus avtomobil zərbənin təsirində qabaqda hərəkətdə olan,Anar Nəbiyevin idarə etdiyi "Honda” markalı maşına dəyib.

Qəza nəticəsində xəsarət alan olmayıb. Hər üç avtomobilə ziyan dəyib.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. (APA)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti