Xəzər Xəbər

Tələbələr selfi çəkdirərkən QATARIN ALTINDA QALDILAR

Hadisə | 12:05 • 4 Oktyabr 2017
Tələbələr selfi çəkdirərkən

Hindistanda üç tələbə dəmir yolunda selfi çəkdirmək istəyərkən qatarın altında qalaraq ölüb.

Hadisə ölkənin cənubunda, Karnataka ştatında, Banqalor şəhərindən 30 kilometr cənubda baş verib. Ölənlərin institut tələbələri olduqları bildirilir. Həlak olanların 16, 18 və 20 yaşları var.

Polis dəmir yolunda iki motosiklet və həlak olanların çantalarını tapıb. (report)

Xəbər lenti