Xəzər Xəbər

Qaxda GÖZLƏNİLMƏZ OLAY: bəy toydan qabaq... - TƏFƏRRÜAT (YENİLƏNDİ)

Hadisə | 16:04 • 3 Oktyabr 2017
Qaxda GÖZLƏNİLMƏZ OLAY:

Qaxın Almalı kəndində toyuna bir həftə qalmış bəy sirkə turşusu içib. İntihara cəhd edən Nofəl Yusifovun hansı səbəbdən bu addımı atması bütün kənd sakinlərini təəccübləndirib.

Sakinlərin Publika.az-a verdiyi məlumata görə, o sirkə turşusu içən kimi anasına bunu deyib:

"Dünən qız toyu olub, orada da mehribancasına deyib-gülüb. Yəni nişanlısı ilə hər hansı problemi olmayıb. Toyun səhəri günü isə o sirkə turşusu içib. Həmin vaxt anası evdə olub, içən kimi də anasına məlumat verib. O, təcili Qax rayon Mərkəzi Xəstəxanasına aparılıb. Oradan isə Bakıya göndəriblər”.

Sakinlər deyir ki, N.Yusifov son iki aydır başında ağrılardan şikayət edirmiş:

"Bildiyimiz qədəri ilə onun ciddi problemi yoxdur. Nofəl elektrik malları təmiri ilə məşğuldur. O gecə saat 3-4-ə qədər işləyirdi. Biz də hər zaman bunu ona irad tuturduq. Nofəl gecələr yata bilmədiyini, bu cür işləməyin daha rahat olduğunu deyirdi. Son iki ayda isə mütəmadi olaraq başında ağrılardan şikayət edirdi. Həkimə də getmişdi, ağrıların sinirlə bağlı olduğunu demişdilər. Heç kim Nofəldən belə bir hərəkət gözləmirdi, bütün kənd şokdadır”.

***

Qaxda 26 yaşlı oğlan toyuna 6 gün qalmış özünü sirkə turşusu ilə zəhərləyib.

Bu gün saat 17 radələrində rayonun Almalı kənd sakini, 1991-ci il təvəllüdlü Nofəl Məzahir oğlu Yusifov kəskin zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

MRX-dan verilən məlumata görə, həkim müayinəsi zamanı məlum olub ki, 26 yaşlı Nofəl Yusifov hələ ki, bilinməyən səbəbdən bilərəkdən sirkə turşusu qəbul edib. Nofəl Yusifova xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün axşam saat 19:30 radələrində Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Məlumatda o da bildirilir ki, Nofəl Yusifov nişanlı olub, oktyabrın 1-də qız toyu olub, ayın 8-də isə Nofəlin öz toyu olacaqdı.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti