Xəzər Xəbər

Qadın dəhşətli qəza törətdi: əri və qızı öldü

Hadisə | 15:05 • 3 Oktyabr 2017
Qadın dəhşətli qəza törətdi:

Daxili İşlər Nazirliyi dünən Şamaxıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.


Oktyabrın 2-də saat 9 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində Bakı şəhər sakini Gülnar Hüseynovanın və Ağsu rayon sakini İlqar İbrahimovun idarə etdikləri "Mercedes” markalı iki avtomobil toqquşub.


Nəticədə G.Hüseynovanın sərnişinləri – əri Elman, qızı Nigar, habelə İ.İbrahimovun sərnişini – Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti