Xəzər Xəbər

Şamaxıda qadın qəza törətdi: Əri və qızı öldü

Hadisə | 13:03 • 3 Oktyabr 2017
Şamaxıda qadın qəza törətdi:

Şamaxıda dəhşətli yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, oktyabrın 2-də saat 9 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində Bakı şəhər sakini Gülnar Hüseynovanın və Ağsu rayon sakini İlqar İbrahimovun idarə etdikləri "Mercedes” markalı iki avtomobil toqquşub.

Nəticədə G.Hüseynovanın sərnişinləri - əri Elman, qızı Nigar, habelə İ.İbrahimovun sərnişini - Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti