Xəzər Xəbər

Bakıda ailə münaqişəsi - 65 yaşlı kişinin üzünü kəsdilər

Hadisə | 10:35 • 3 Oktyabr 2017
Bakıda ailə münaqişəsi -

Bakının Suraxanı rayonunda ahıl kişiyə xəsarət yetirilib.

Hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Evlərdən birində yaşayan 65 yaşlı Quliyev Əkrəm Sədulla oğlunun üz və çənə nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirilib. Yaralı xəstəxanaya yerləşdirilib. Dindirilmə zamanı o bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Fakt Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır./report

Xəbər lenti