Xəzər Xəbər

Dəhşətli qəzada ölən və yaralananların adları Aralarında və ata və qızı da var

Hadisə | 13:59 • 2 Oktyabr 2017
Dəhşətli qəzada ölən və yaralananların adları

Bu gün saat 9:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində iki "Mersedes” markalı minik avtomobilinin toqquşması nəticəsində ölən 3 nəfərin və xəsarət alan 4 nəfərin adı məlum olub.


Şamaxı Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, Bakı sakini, 1971-ci il təvəllüdlü Cəbiyev Elman Hüseyn oğlu, onun 18 yaşlı qızı Nigar Hüseynova və Ağsu rayonu Kəndoba kənd sakini, 1976-cı il təvəllüdlü Soltiyev Teymur Bədirxan oğlu qəzada ölüb.


Bakı sakini, 1973-cü il təvəllüdlü Hüseynova Gülnarə Yolçu qızı, Ağsu rayon sakinləri - 1966-cı il təvəllüdlü İbrahimov İlqar Fərhad oğlu, 1973-cü il təvəllüdlü Babayev Elşən Muradxan oğlu və 1978-ci il təvəllüdlü Babayev Cavid Əlibaba oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. /apa

Xəbər lenti