Xəzər Xəbər

Avtomobillər toqquşdu 3 ölü, 3 yaralı

Hadisə | 10:25 • 2 Oktyabr 2017
Avtomobillər toqquşdu

Şamaxı rayonunda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib.

Hadisə bu gün səhər saat 9:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. İki "Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfərin hadisə yerində öldüyü, 3 nəfərin ağır xəsarət alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Hələlik ölənlərin və xəsarət alanların kimliyini müəyyən etmək olmayıb. Hazırda yol polisi əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır./apa

Xəbər lenti