Xəzər Xəbər

Ölümlü selfi - Dostları ilə gölə gedən tələbə boğuldu

Hadisə | 13:08 • 27 Sentyabr 2017
Ölümlü selfi -

Hindistanda dostları ilə birlikdə əylənməyə gedən gənc suda boğularaq ölüb.

XəzərXəbər milli.az-a istinadla bildirir ki, onun boğulduğu anlar dostlarının çəkdiyi selfi fotosuna düşüb.

Vişvas G. adlı gənc dostları ilə birlikdə əylənmək üçün gölə gedib. Onlar bir müddət üzdükdən sonra selfi çəkdirmək qərarına gəliblər. Gənclər suda selfi çəkdirərkən Vişvasın onlarla birlikdə olduğunu unudublar. Şəkil çəkilən zaman Vişvas boğulub. Onun boğulduğu an kameraya düşüb.

Dostlarının dediyinə görə, onlar şəkil çəkdirdikdən sonra gölü tərk ediblər. Onlar yolda selfiyə baxarkən dəhşətə gəliblər. Gənclər polisə xəbər veriblər. Hadisə yerinə polislər və xilasetmə dəstələri cəlb edilib.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti