Xəzər Xəbər

7 nəfərin öldüyü dəhşətli qəzanın təfərrüatları: “Gəlinlik əvəzinə kəfən geyindi...”

Hadisə | 12:55 • 27 Sentyabr 2017
7 nəfərin öldüyü dəhşətli qəzanın təfərrüatları:

İsmayıllı rayonunun Topçu kəndində 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının bəzi təfərrüatları məlum olub.

Qax rayonun Qıpçaq kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, qəzada dünyalarını dəyişən hər iki ailənin üzvləri Bakıya müayinə olunmaq üçün gedib:

"Gediblər həkimə, müayinə olunub qayıdırlarmış. Əslində bu iki ailə yaxın qonşu, həm də uzaq qohumdurlar. Bakıya ayrı-ayrı gedib, rayona bir yerdə qayıdırlarmış. Onların arasında olan Yaşar Kərimovun qızı Kərimli Rufanənin oktyabrın 10-u toyu olacaqdı. Qızın cehizlərini sifariş etmişdilər. İndi bilmirəm o cehizlər necə olacaq. Toy yasa döndü, yazıq qız gəlinlik əvəzinə kəfən geyindi”.

Qeyd edək ki, İsmayıllı rayonunun Topçu kəndində 7 nəfərin ölümü ilə nəticələn dəhşətli yol qəzası baş verib. Ölənlər Qax və Şəki sakinləridir. Bir ailədən ata iki qızı ilə, digər ailənin isə başçısı və iki oğlu həlak olub.

1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, Qax sakinləri - 1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu,1998-ci il təvəllüdlü Kərimli Rufanə Yaşar qızı, eləcə də 3 yeniyetmə - Qax sakinləri, 2001-ci il təvəllüdlü Kərimzadə Turanə Yaşar qızı, 2003-cü il təvəllüdlü Bayramov Sahib Ruzigar oğlu və 2006-cı il təvəllüdlü Bayramov Cavid Ruzigar oğlu və Şəki sakini Rahim Abbasov aldıqları xəsarətdən hadisə yerində ölüb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti