Xəzər Xəbər

Gürcüstandan gələn avtomobilin çənindən 59 telefon aşkar edilib

Hadisə | 11:07 • 27 Sentyabr 2017
Gürcüstandan gələn avtomobilin çənindən 59 telefon aşkar edilib

Gürcüstandan Azərbaycana gələn avtomobilin yanacaq çənindən 59 ədəd mobil telefon aşkar edilib.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İdarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VOLKSVAGEN PASSAT" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənin içində xüsusi düzəldilmiş gizlin-saxlanc yerindən 10 ədəd "Samsung Galaxy J1 prime", 2 ədəd "Samsung Galaxy J5", 45 ədəd "Otel 230", 2 ədəd "X-BO Model-06" markalı mobil telefonlar, 43 ədəd qidalandırıcı başlıq, 15 ədəd adapter, 60 ədəd qulaqcıq və 45 ədəd USB kabel aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti