Xəzər Xəbər

Qoca ata-anasını öldürən qatil danışdı — "Bacımla uşağını da öldürəcəkdim"

Hadisə | 14:33 • 26 Sentyabr 2017
Qoca ata-anasını öldürən qatil danışdı

Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutulub.

XəzərXəbər xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Şöhrət Məsimovun rayonun Dəyirmandağ kəndi ərazisində Qarabağlılar adlanan ərazidə köhnə tikilidə gizləndiyi məlum olub və o həmin yerdə tutulub.

Məlumatlara görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Bildirilir ki, Ş. Məsimov ata-anasını Şəmkir rayonunda yaşayan bacısına görə qətlə yetirib. O, bacısını müəyyən səbəblərə görə qəbul etməyib, ata-anasına onu evə buraxdıqlarına görə etiraz edib.
Məlumatlarda o da bildirilir kİ, Ş. Məsimov bacısını və onun övladını da qətlə yetirmək niyyətində olub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar