Xəzər Xəbər

Azərbaycanda 8-ci sinif şagirdini ilan sancdı Vəziyyəti ağırdır

Hadisə | 13:43 • 26 Sentyabr 2017
Azərbaycanda 8-ci sinif şagirdini ilan sancdı

İmişlidə məktəblini ilan sancıb. Hadisə rayonun Oruclu kəndində baş verib. Belə ki, Oruclu tam orta məktəbin 8-ci sinif şagirdi Həsənli Amil ötən gün axşam saatlarında dərsdən çıxarkən onu qəfil ilan sancıb. Dərhal məktəblini valideynləri rayon xəstəxanasına aparıb.

Hazırda onun səhhəti qənəatbəxş deyil. Valideynləri H. Amili Bakıda xəstəxanaya gətirməyə hazırlaşırlar.(Qafqazinfo)

Xəbər lenti