Xəzər Xəbər

Qətl hadisəsinin üstü açıldı Qadını əri öldürüb

Hadisə | 13:08 • 26 Sentyabr 2017
Qətl hadisəsinin üstü açıldı

Sabirabad rayonunda qətl hadisəsinin üstü açılıb

DİN-dən XəzərXəbər-ə verilən məlumata görə, cari il martın 9-da Sabirabad rayonunun Kovlar kəndində Şahnisə Muradovanın yaşadığı evdə ölməsi ilə əlaqədar Baş Cinayət Axtarışı İdarəsi, rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qadının əri Xanbala Cəfərov tərəfindən boğularaq qətlə yetirilməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə X.Cəfərov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti