Xəzər Xəbər

Samuxda “KamAZ” qadının üstündən keçib

Hadisə | 13:05 • 26 Sentyabr 2017
Samuxda “KamAZ” qadının üstündən keçib

Samux rayonunun Qarayeri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər-in Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, dünən saat 12 radələrində Samux rayonunun Qarayeri qəsəbəsi ərazisində qəsəbə sakini Fərid Hüseynov idarə etdiyi "KamAZ” markalı avtomobillə yolu keçən həmyerlisi Kübra Bayramovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Samux RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti