Xəzər Xəbər

"Cəsədin barmaqlarını..." - 30 nəfəri yerən ər-arvaddan DƏHŞƏTLİ ETİRAFLAR - 18+ FOTOLAR

Hadisə | 15:41 • 25 Sentyabr 2017
"Cəsədin barmaqlarını..." -

"Krasnodar bloknotu” nəşri hannibalizmdə şübhəli bilinən kişinin həyatı və onun cəsədlərlə davranışları haqqında təfərrüatları öyrənib.

Dmitri Vladimir adlı kişi Krasnodarda Dzerjinski küçəsində yaşayır. O mənzillərdə təmir işləri görməklə pul qazanırdı. Vladimirin telefonu təsadüfən "Elektrik təchizatı” şirkətinin əməkdaşları tərəfindən aşkar edilib.

Hüquq-mühafizə orqanlarındakı mənbə "Krasnodar bloknot”u nəşrinə bildirib ki, şirkətin işçiləri telefonu Qastello və Dzerjinski küçələrinin kəsişməsində tapıblar. Şirkətin əməkdaşları telefonda qorxunc kadrları görüblər. Hansısa insan ağzı ilə cəsədin barmaqlarını tutaraq selfi çəkmişdi. Elə həmin anda fotodakı kişi itlə onlara yaxınlaşaraq telefon tapıb-tapmadıqlarını soruşur.

Şirkətin əməkdaşları telefonu polisə təqdim edir. Operativ-axtarış tədbirlərinin gedişatında müəyyən edilib ki, telefonun üzərindəki 8909...910 abunə nömrəsi 1982-ci il təvəllüdlü Dmitri Vladimirə aiddir.

Həmçinin bildirilir ki, kişi öz xanımı Natalya ilə yaşayır. Vladimir onu tutmaq üçün evə gələn polis əməkdaşlarına müqavimət göstərib.

Sözügedən selfinin mənşəyi haqqında danışan kişinin sözlərinə görə, o, Qastello və Dzerjinski küçələrinin kəsişməsində yerləşən meşə massivində sentyabrın 8-də axşam saatlarında cəsədin hissələrini aşkar edib və onları çantaya qoyaraq evə yola düşüb. Onun sözlərinə görə, evdə öz mobil telefonunun fotokamerasına cəsədin hissələri ilə bir neçə selfi çəkib.

***

Rusiyanın Krasnodar vilayətinin ərazisində hüquq-mühafizə orqanları adamyeyən ailəni ifşa ediblər.

Artıq amansız qətllərin yeddi epizodu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sübut edilib.

Polis əməkdaşları aydınlaşdırıblar ki, cinayətkarların ailəsi 1999-cu ildən insanları oğurlayaraq öldürür və öz qurbanlarını hissə-hissə yeyirdilər.

İlkin informasiyaya görə, ər-arvad 30 nəfərin qətlinə görə cinayət işinə cəlb oluna bilər. Cinayətlərlə bağlı bütün materiallar Rusiya İstintaq Komitəsinin Krasnodar vilayəti üzrə idarəsinə verilib./publika.az







Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti