Xəzər Xəbər

3 aylıq körpə üzərində nadir əməliyyat

Hadisə | 13:01 • 25 Sentyabr 2017
3 aylıq körpə üzərində nadir əməliyyat

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 3 aylıq Rəsul Əlizadə üzərində nadir əməliyyat aparılıb.

Universitetdən XəzərXəbər-ə verilən məlumata görə, 17 iyun 2017-ci il təvəllüdlü Əlizadə Rəsul Akif oğlu sentyabrın ortalarında ATU-nun Tədris Cərrahiyyə Klinikasına daxil olub. Hirşprunq diaqnozu qoyulan bu körpədə bağırsaq keçirməzliyi əlamətləri olub:

"Valideynləri bildirib ki, bundan əvvəl bir neçə klinikaya müraciət etsələr də, orada təklif olunan müalicə və üçmərhələli əməliyyat üsulu ilə razılaşmayıblar. ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsinin müdiri, dosent Ramiz Poluxov deyib ki, klinikada diaqnoz təsdiqlənib. Sentyabrın 15-də R.Əlizadə əməliyyat olundu. Əməliyyatdan bir sutka sonra xəstə qidalandırılmağa başlanıldı. Artıq yeddinci sutkada xəstə kafi vəziyyətdə evə ambulator müalicəyə göndərildi”.

Cərrah R.Poluxovun sözlərinə görə, bu əməliyyat ən müasir əməliyyatlardan sayılır. Xəstəyə koloanal anastomoz qoyulur. Bu zaman qarının ön divarında heç bir kəsik aparılmadığına görə, kosmetik defekt yaratmır.

Xəbər lenti