Xəzər Xəbər

Bakıdakı 5 saylı xəstəxananın baş həkimi vəfat edib

Hadisə | 12:04 • 25 Sentyabr 2017
Bakıdakı 5 saylı xəstəxananın baş həkimi vəfat edib

Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasının baş həkimi Ziya Əsədov vəfat edib.

APA-nın xəbərinə görə, Ziya Əsədov bu gün səhər saatlarında dünyasını dəyişib.

Onun gecə yatdığı, səhər yuxudan ayılmadığı bildirilir.

Səhiyyə Nazirliyindən APA-ya məlumatı təsdiqləyiblər. Məlumata görə, 63 yaşlı Z.Əsədov dünən gecə saatlarında ürək tutmasından vəfat edib.

Z. Əsədovla bu gün günorta saat 15:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Ziya Əsədov görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin kürəkənidir.

Xəbər lenti