Xəzər Xəbər

Xudatda QƏTL: 54 yaşlı kişini daşla öldürdü

Hadisə | 12:34 • 24 Sentyabr 2017
Xudatda QƏTL:

Quba rayonunda qətl hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, hadisə rayonun Əliməmmədoba kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Mahmudov Samir Ənvərşah oğlu münaqişə zəminində Xudat şəhər sakini 1963-cü il təvəllüdlü Əhmədov Eldar Abdulla oğlunu daşla başına vuraraq qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. (apa)

Rubrikanın digər xəbərləri

Xəbər lenti