Xəzər Xəbər

Masallıda 6 otaqlı ev yandı

Hadisə | 10:15 • 24 Sentyabr 2017
Masallıda 6 otaqlı ev yandı

Masallıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Masallı rayonu, Ərkivan kəndində ümumi sahəsi 200 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 60 m2 sahədə və dam örtüyü 70 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Çox oxunanlar