Xəzər Xəbər

Şəhadət barmaqlarınızı birləşdirin və... SAĞLAMLIQ TESTİ

Hadisə | 10:18 • 22 Sentyabr 2017
Şəhadət barmaqlarınızı birləşdirin və...

Bəzi çox sadə testlər ciddi xəstəlikləri aşkar etməyə kömək edir.

XəzərXəbər saglamolun.az-a istinadən bildirir ki, belə testlərdən biri Şamrot testidir. Bu testi özünüz ev şəraitində edə bilərsiniz.

Testi etmək üçün şəhadət barmaqlarınızı şəkildə göstərildiyi kimi birləşdirin. Dırnaqlar arasında rombşəkilli açıq yer qalmalıdır. Onu "Şamrot pencərəsi" də adlandırırlar. Əgər "pencərə" varsa, bu normaldır.
Pencərə yoxdursa, bu bəzi ürək-damar sistemi (xüsusən endokardit) və ağciyər xəstəliklərinin əlaməti sayılır.

Məsələ burasındadır ki, ürək-damar xəstəlikləri zamanı dırnaqlar qabarıq olur (saat şüşəsinə bənzəyir), barmaqların ucları yoğunlaşır. Tibdə buna "baraban çubuqları simptomu" deyilir. Bu çox dəqiq simptom sayılır.

Xəbər lenti