Xəzər Xəbər

Bakı-Sumqayıt avtobuslarına qarşı reyd: 24 avtobus xətdən çıxarıldı

Hadisə | 17:52 • 21 Sentyabr 2017
Bakı-Sumqayıt avtobuslarına qarşı reyd:

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) Dövlət Yol Polisi Şöbəsi (DYPŞ) əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, həmçinin sərnişindaşıma qaydalarını kobud şəkildə pozaraq insanların həyatını təhlükə altında qoyan avtobus və mikroavtobus sürücülərinin müəyyən edilməsi məqsədi ilə reyd keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, reyd zamanı Bakıdan Sumqayıta və əks istiqamətə qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücüləri saxlanılaraq xətdən kənarlaşdırılıb. Reyd nəticəsində sərnişin daşınması üçün nəzərdə tutulan standartlara cavab verməyən, müvafiq fərqlənmə nişanı olmayan 24 avtobus mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, həmin avtobusların əksəriyyətinin konstruksiyalarında dəyişikliklər edilərək salonlarına əlavə oturacaqlar quraşdırılıb.

Saxlanılan avtobus sürücülərinin sənədləri yoxlanılan zaman onların əksəriyyətinin həmin nəqliyyat vasitələrini idarə etmək üçün müvafiq kateqoriyası və sürücülük hüququnun olmadığı məlum olub. Həmçinin aparılan araşdırmalar zamanı sərmişin mikroavtobusu kimi fəaliyyət göstərən bir neçə nəqliyyat vasitəsinin əvvəllər yük maşını kimi istismar edildiyi də müəyyən edilib.

Bakı-Sumqayıt magistral yolundan mütamadi olaraq istifadə edən sərnişinlərə, tələbələrə, o cümlədən valideyinlərə bu cür qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərin idarə etdiyi texniki cəhətdən nasaz mikroavtobuslardan istifadə etməmələri tövsiyyə olunur.

Sumqayıt ŞPİ DYPŞ əməkdaşları tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reydlər mütəmadi olaraq davam etdiriləcək.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti