Xəzər Xəbər

Vatsap yazışması DƏHŞƏTLƏ BİTDİ: Yevlax sakininin Novxanı MACƏRASI - TƏFƏRRÜAT

Hadisə | 16:17 • 21 Sentyabr 2017
Vatsap yazışması DƏHŞƏTLƏ BİTDİ:

Novxanı kəndində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Yevlax rayon sakini Məhəmməd Amoyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ötən ilin avqust ayında Məhəmməd Amoyev bacısı oğlu Rəhman İsbəndiyarovun telefonuna Vatsapla səhv mesaj göndərən, aralarında yaranmış mübahisə zamanı sonuncunun anasının ünvanına söyüş söyən Asif Quliyevlə görüşmək üçün Novxanı kəndindəki "Dalğa” Ticarət Mərkəzinin yanına gedib.

Bacısı oğlunun Asif Quliyevlə tutaşdığını görüncə, bıçaqla ona qarın nahiyəsindən zərbə endirib. Həmin vaxt onları ayırmağa çalışan Rəşad Vəliyev də Məhəmməd Amoyevin zərbələrinə tuş gəlib.

Məhəmməd Amoyevin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkməsinə göndərilib. Cinayət işi hakim Rauf Əliyevin sədrliyilə baş tutan prosesdə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Məhəmməd Amoyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O bildirib ki, hadisə baş verən gün axşam saatlarında Novxanı kəndində yerləşən mağazadan ərzaq alıb və evə gedərkən bacısı oğlu Rəhmanın telefonda kiminləsə mübahisə etdiyini görüb: "Ondan nə baş verdiyini soruşsam da, mənə heç nə demədi. Sonra birlikdə kirayə yaşadığımız evə gəldik. Evdə Rəhmandan kiminlə mübahisə etdiyini soruşdum. Dedi ki, Vatsapda tanımadığım bir nəfər mənə ana söyüşü yazıb. Bir qədər sonra Rəhmanın telefonuna yenə zəng gəldi. Rəhman ona söyüş yazan şəxsin "Dalğa”nın yanına gəldiyini dedi. Evdən bıçaq götürdüm və bacım oğlu ilə birlikdə həmin yerə gəldik. Bir qədər keçmiş 3 nəfər şəxs bizə yaxınlaşdı. Rəhman telefonda söyüş söyənin kim olduğunu soruşdu. Onlardan biri qabağa çıxaraq "mən idim” dedikdə Rəhman onu yumruqla vurdu. Rəşadla onları ayırdıq. Asif cibindən bıçaq çıxarıb Rəhmana. Qaçarkən bıçaqla onu vurdum. Rəhmanı da götürüb evə gəldim. Ertəsi gün birlikdə Abşeron rayon polis idarəsinə getdik”.

Zərərçəkmiş şəxs qismində dindirilən Asif Quliyev ifadəsində Vatsapda iş yoldaşına zarafatla yazdığı mesajın səhvən Rəhman İsbəndiyarova getdiyini, buna görə ondan üzr istədiyini göstərib.

Məhkəmənin hökmü ilə Məhəmməd Amoyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti