Xəzər Xəbər

Naməlum kişi meyiti tapıldı Yanında qanlı şpris olub

Hadisə | 12:07 • 21 Sentyabr 2017
Naməlum kişi meyiti tapıldı

Masallı rayonunda tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib.

Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə dünən gətirilən meyitin Masallı rayon sakini,1972-ci il təvəllüdlü İsmayılov Rafiq Vaqif oğluna məxsus olduğu məlum olub.

İki gün əvvəl evdən çıxaraq geri dönməyən R.İsmayılovun meyiti Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisində, yol kənarındakı kolluqda ötən gün axşam saatlarında aşkar olub.

Əvvəllər məhkumluq həyatı yaşayan və narkotik asılılığı olan R.İsmayılovun həddən artıq dozada narkotik vasitə qəbul etdiyi müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***


Masallıda ölüm hadisəsi baş verib.

Masallı-Lənkəran yolunun Boradigah qəsəbəsi ərazisindən keçən hissəsində 30-35 yaşlarında naməlum kişi meyiti aşkar edilib.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Meyitə baxış keçirilərək onun yanından ipə bənzər parça və bir ədəd qanlı şpris aşkar edilib.

Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti