Xəzər Xəbər

Canavarlar kəndə hücum etdi: Mal-qara tələf oldu

Hadisə | 17:54 • 20 Sentyabr 2017
Canavarlar kəndə hücum etdi:

Daşkəsən rayonunda canavarlar kəndə hücumk edib, 34 qoyun və 1 inək tələf olub.

Rayonun Təzəkənd kəndində yerləşən otlaq sahədə canavarlar mal-qaraya hücüm ediblər.

Kənd sakinlərinin verdikləri məlumata görə, ötən gün canavarlar 20-yə yaxın xırdabuynuzlu və 1 iribuynuzlu heyvanı parçalayıb: "Bundən əvvəl canavarlar kənd sakini Orucov Əbülfəz Qəşəm oğlunun təsərrüfatına hücüm edərək ona 6 qoyunu, Telman Cəfərovun təsərrüfatından isə 8 qoyunu parçalayıblar. Ötən 3-4 gün ərzində canavarlar bizim kəndin ərazisində sakinlərə məxsus 34 qoyunu və 1 inəyi tələf edib".

Kənd sakinləri əlavə edib ki, rayonun Təzəkənd kəndi tez-tez canavarların hücumuna məruz qalır: "Canavarlar mal-qaralarımızı parçalayaraq bizə küllü miqdarda maddi ziyan vurublar. Buna görəndə kəndin sakinləri tüfəng və kənd təsərrüfatı alətləri ilə canavar ovuna çıxıblar".//Report

Xəbər lenti