Xəzər Xəbər

Biləsuvarda 5 nəfərin ölümü nəticələnən qəzanı törədən sürücü saxlanıldı

Hadisə | 11:55 • 20 Sentyabr 2017
Biləsuvarda 5 nəfərin ölümü nəticələnən

Biləsuvarda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bir nəfər saxlanılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə "Mercedes C-Class" markalı avtomobilin sürücüsünün digər avtomobilə yol verməməsi səbəbindən baş verib. Belə ki, sentyabrın 20-də səhər saatlarında Bakı-Ələt-Astara yolu ilə hərəkət edən "Mersedes E-Class" markalı avtomobil "Mercedes C-Class" markalı avtomobili ötüb və həmin avtomobilin qarşısında hərəkət edən "KamAZ" markalı yük maşınını da keçmək istəyib. Bu an qarşı istiqamətdə hərəkət edən başqa bir minik avtomobili ilə qarşılaşıb və sürət həddini azaldaraq KamAZ-la "Mercedes C-Class"ın arasına keçməyə cəhd edib. Həmin vaxt KamAZ-ın arxasınca hərəkət edən "Mercedes C-Class" markalı avtomobilin sürücüsü "Mercedes E-Class" markalı avtomobilin sürücüsünə yol verməyib. Nəticədə "E-Class" KamAZ-a çırpılıb və hadisə nəticəsində 5 nəfər həlak olub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat Baş İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaq, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə təqsirli bilinən "Mercedes C-Class" markalı avtomobilin sürücüsü saxlanılaraq istintaqa cəlb edilib. (trend)

***

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb.

Qəza minik və yük maşınlarının toqquşması nəticəsində baş verib. (report)

Xəbər lenti