Xəzər Xəbər

Biləsuvarda mikroavtobus aşıb 22 yaralı var

Hadisə | 09:30 • 20 Sentyabr 2017
Biləsuvarda mikroavtobus aşıb

Biləsuvar rayonunda mikroavtobusun aşması nəticəsində 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

XəzərXəbər Report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Fəhlələr pambıq yığımından qayıdırlarmış. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti