Xəzər Xəbər

AZƏRBAYCANDA TÜKÜRPƏDƏN OLAY: Azyaşlı bacı-qardaş müəmmalı şəkildə öldü - TƏFƏRRÜAT

Hadisə | 14:33 • 19 Sentyabr 2017
AZƏRBAYCANDA TÜKÜRPƏDƏN OLAY:

Sabirabadda bir ayın içində dünyasını dəyişən bacı ilə qardaşın ölümünün bəzi təfərrüatları məlum olub.

Rayonun Həşimxanlı kənd sakinlərinin verdiyi məlumata görə, ailənin kiçik övladı bir ay bundan əvvəl ölüb:

"Ailənin iki uşağı olub. Balaca uşaq bir ay əvvəl ölüb. Həmin uşaq anadangəlmə astma xəstəsi idi. Dəfələrlə Bakıda xəstəxanalarda müalicə olunub. Həmin arada bu uşaq yanıb. O hadisədən uşaq şok keçirib. Amma, ailənin digər ikinci, yəni böyük uşağı Səma Əsədli isə bu gün dünyasını dəyişib”.

Sakinlər qeyd edib ki, Səma Əsədlinin atası Əsəd xəstədir:

"Aqşin nevroz xəstəsidir. Anası səhər tezdən Aqşini həkimə aparırmış. Səma yerinin içindən nənəsinə səslənib ki, "nənə, həkimdən qayıdada mən oyuncaq al”. Nənə Aqşini həkimə aparıb qayıdanda görüb ki, Səma yuxudan oyanmayıb. Atası yorğanı qaldıranda baxıb ki, Səma gömgöydür. Nə qədər çağırıbsa, səs verməyib. Həkim gələndə isə artıq onun öldüyünü deyib”.

Qeyd edək ki, Sabirabbada bacı ilə qardaş bir ayın içində dünyasını dəyişib./AzNews.az

Xəbər lenti