Xəzər Xəbər

Cütlük əl-ələ intihar etdi Film kimi hadisə

Hadisə | 13:45 • 19 Sentyabr 2017
Cütlük əl-ələ intihar etdi

İngiltərədə ərlə arvad əl-ələ intihar edib.

Evlərindən 63 yaşlı Meri Lauson və 50 yaşlı əri Seanın cəsədi tapılıb.

Hakim Leaminqtondakı "Warwickshire Justice Centre"-da keçirilən məhkəmədə açıqlayıb ki, Sean intihar etməzdən öncə polislərə əvvəlcədən vaxtı qurulmuş və "üzr istəyirəm" başlıqlı email göndərib.

Emailin mətnində isə qeyd olunub: "Siz bu emaili oxuyursunuzsa, deməli, biz artıq dünyadan köçmüşük".

Polis emailin göndərildiyi ünvana çatanda cütlüyün yataqda olan cəsədlərini tapıb. Onların cəsədlərinin əl-ələ olması polisləri kövrəldib.

Qeyd edək ki, Meri bir il öncə iflic olmuşdu və hərəkət edə bilmirdi./Milli.Az

Rubrikanın digər xəbərləri

Xəbər lenti