Xəzər Xəbər

Bibisi oğlunu bir heç uğrunda döyərək öldürdü Masallıdakı dəhşətin TƏFƏRRÜATI

Hadisə | 12:19 • 19 Sentyabr 2017
Bibisi oğlunu bir heç uğrunda döyərək öldürdü

Masallının Qızılağac kəndində Afiq Allahverdiyevin dayısı oğlu Vüsal Hüseynov tərəfindən döyülərək öldürülməsinin təfərrüatı məlum olub.

Publika.az-ın kənd sakinlərindən əldə etdiyi məlumata görə, onlar arasında mübahisə torpaq və ev üstündə olub: "Afiq Allahverdiyevin heç kimi yoxdur. O, uşaq olanda anası ölüb, atası da ondan imtina edib, Bakıya gedib. Bakıda ailə qurub, orada yaşayır, bir dəfə də olsun oğlu ilə maraqlanmayıb. A.Allahverdiyevi də ana nənəsi saxlayıb. Afiqi döyüb öldürən dayısı oğlu Vüsal isə ailəsi ilə birlikdə 3 ildən çoxdur ki, Bakıda yaşayır. Onlar kənddəki torpaq sahələrini, evlərini satıblar. Bir neçə gün əvvəl Vüsal qardaşı ilə birlikdə kəndə gəlib, nənəsinə onu Bakıya aparmaq istədiyini deyib. A.Allahverdiyevdən də evdən çıxmasını tələb edib. Çünki onlar nənəsinin də torpaq sahəsini və evini satmaq istəyiblər. A.Allahverdiyev isə onlarla razılaşmayıb, nənəsinin varisi olduğunu, evdən yalnız məhkəmə qərarı ilə çıxacağını deyib.

Bundan sonra V.Hüseynov A.Allahverdiyevi maşına mindirib, kənddən kənara aparıb, orada döyüb. Bir müddət sonra isə ölümcül halda onu kəndə gətirib və qardaşı Masallı Rayon Mərkəzi Xəstəxanasına aparıb. A.Allahverdiyev xəstəxanada ölüb".

Sakinlər deyir ki, A.Allahverdiyevin cəsədi ekspertizadan gətirilib. Heç kimi olmadığından onun dəfn xərclərini kənd sakinləri çəkəcək. Çünki atasına məlumat verilsə də, o oğlunun meyitini götürmək üçün kəndə gəlməyib.

***

Masallı rayonunda ötən gün döyülən şəxs xəstəxanada ölüb.

Hadisə Masallının Qızılağac kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Afiq Rafiq oğlu Allahverdiyev dayısı oğlu Vüsal Rüfət oğlu Hüseynov tərəfindən döyülüb. Ağır vəziyyətdə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan A. Allahverdiyev orada dünyasını dəyişib.

Hadisəni törədən şəxs saxlanılıb. Fakt araşdırılır. (apa)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti