Xəzər Xəbər

Həftəsonu 15 qəza olub: 8 ölü, 26 yaralı

Hadisə | 12:50 • 18 Sentyabr 2017
Həftəsonu 15 qəza olub:

İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarının statistikası açıqlanıb.

XəzərXəbər xəbər verir ki, şənbə günü respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Bazar günü isə avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Hər bir faktla bağlı araşdırma aparılır.

Xəbər lenti