Xəzər Xəbər

Şəmkirdə ər-arvadı döydülər TƏFƏRRÜAT

Hadisə | 12:37 • 18 Sentyabr 2017
Şəmkirdə ər-arvadı döydülər

Zəyəm Cırdaxan kənd sakinləri, 1957-ci il təvəllüdlü Adil Yusibov və onun arvadı 1961-ci il təvəllüdlü Yetər Yusibovanın oğlu və gəlini tərəfindən döyülüb, xəstəxanaya yerləşdirilmələrinin təfərrüatı məlum olub.

Kəndin icra bümayəndəsi Bayram Abdullayevin Publika.az-a verdiyi məlumata görə, əslində döyülmə halı baş verməyib, sadəcə oğul ata arasında illərdir davam edən mübahisə dünən dava ilə nəticələnib:

"Dünən həmin ailədəki münaqişə ilə bağlı polisə zəng etmişdilər, biz də hadisə yerinə getdik. Sadəcə illərdir bu ailədə oğlanları ilə atası arasında münasibətlər çox pisdir. Dünən baş verən davada atası ilə oğlu dalaşıb. Gəlin də öz həyat yoldaşının tərəfini saxlayıb. Gəlini hamilədir Adil Yusifov da gəlininə bir müddət atasının evində qalmağı məsləhət görüb”.

B.Abdullayev bildirib ki, A.Yusifovun oğlu ailə qurandan evlərində daim münaqişə yaşanır.

"İki oğlu var, hər ikisi ilə problemləri olub. Dünən isə baş verən münaqişədə xəsarət alan olmayıb. Sadəcə Adil Yusifovun həyat yoldaşı diabet xəstəsidir, həmçinin nevroloji problemləri var. Ola bilər ki, buna görə xəstəxanaya yerləşdiliblər”.

***

Şəmkirdə yaşlı kişi və qadın döyülüb.

XəzərXəbər xəbər verir ki, rayonun Zəyəm Cırdaxan kənd sakinləri, 1957-ci il təvəllüdlü Adil Yusibov və onun arvadı 1961-ci il təvəllüdlü Yetər Yusibova müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi xəstəxanasına oradan isə Gəncədə olan xəstəxanaların birinə aparılıb. Ər və arvadın iki oğlu və gəlinləri tərəfindən döyüldüyü bildirilir.

Faktla bağlı hüquq mühafizə orqnaları tərəfindən araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar