Xəzər Xəbər

Minik və yük avtomobilləri toqquşdu: iki nəfər ağır xəsarət aldı

Hadisə | 13:23 • 17 Sentyabr 2017
Minik və yük avtomobilləri toqquşdu:

Göyçayda 2 nəfərin ağır xəsarət alması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər saat 9:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 212-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

"VAZ 2106" markalı minik avtomobili qarşı tərəfdən gələn "QAZ 53" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində "VAZ 2106"nın sürücüsü, Qarabaqqal kənd sakini, 1982-ci il təvəllüdlü Musayev Səbuhi Şəmsəddin oğlu və həmkəndlisi olan sərnişini 1995-ci il təvəllüdlü Həsənov Elçin Ayaz oğlu ağır bədən xəsarətləri ilə aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda hər iki xəstənin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti