Xəzər Xəbər

Abşeronda avtobus qəzası: 7 yaralı

Hadisə | 11:30 • 17 Sentyabr 2017
Abşeronda avtobus qəzası:

Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

XəzərXəbər "Report"-a istinadən xəbər verir ki, rayonun Atyalı qəsəbəsi ərazisində 114 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək önündə gedən minik avtomobilinə (taksi – red.) çırpılıb.

Nəticədə 7 nəfər sərnişin xəsarət alıb. Onlardan 6-sı Müşviqabaq qəsəbəsində yerləşən poliklinikaya yerləşdirilib. Bir nəfərin - 1996-ci il təvəllüdlü Rəsulov Rəsul Mirələm oğlunun vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Xəbər lenti