Xəzər Xəbər

Bakıda piyadanı vurub öldürən avtobus sürücüsü keçmiş məhkumdur

Hadisə | 12:08 • 15 Sentyabr 2017
Bakıda piyadanı vurub öldürən avtobus sürücüsü keçmiş məhkumdur

Daxili İşlər Nazirliyi (DİN) 39 saylı avtobusun piyadanı vurub öldürməsi ilə bağlı rəsmi məlumat yayıb.


Xezerxeber.az-ın DİN-in rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 14-də saat 7 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində "Daewoo” markalı avtobusla yolun kənarında dayanan Bakı şəhər sakini Günel Əsgərova vurulub. Xəstəxanaya yerləşdirilən G.Əsgərova orada ölüb.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Hakim Saatov tutulub.

Xəbər lenti