Xəzər Xəbər

Gömrükçülər külli miqdarda siqaret müsadirə edib - FOTO

Hadisə | 11:00 • 15 Sentyabr 2017
Gömrükçülər külli miqdarda siqaret müsadirə edib -

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda aksiz markasız siqaret və araqların realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Mercedes-Benz Vito" markalı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb.

Azərbaycan vətəndaşı Bəxtiyar Hüseynovun idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada siqaret və araqların olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə ətraflı baxış keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində olan iki çantada və yük yerinin qapısının örtüyünün altında cəmi 37 600 ədəd "Marlboro", "Davidoff", "Parliament silver blue" və "Parliament aqua blue" markalı siqaretlər və 40 ədəd "Russkiy standart" adlı araq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar