Xəzər Xəbər

Biləsuvarda faciə: Körpə qaynar su ilə dolu qazana düşdü

Hadisə | 15:15 • 14 Sentyabr 2017
Biləsuvarda faciə:

Biləsuvar rayonunda körpə qaynar su ilə dolu qazana düşərək yanıb.

XəzərXəbər Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini yaşyarımlıq Lilay Suliddin qızı Zeynalova qaynar su ilə dolu qazana düşərək, yanıq xəsarətləri alıb.

Körpə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, körpəyə ilkin tibbi yardım göstərilib və vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti