"Sumqayıtda gün ərzində 2-3 nəfər it dişləməsi ilə bağlı xəstəxanaya müraciət edir”
Bunu
XəzərXəbər-ə Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev deyib.
Onun sözlərinə görə, 5 yaşlı Zeynəbin quduzluqdan ölməsindən sonra
şəhərdə it dişləməsi halları azalıb: "Vəziyyət narahatedici deyil.
Şəhərdəki sahibsiz küçə itləri yığışdırılıb. Düzdür, hələ də küçədə
itlərə rast gəlmək olar, lakin bu istiqmaətdə işlər davam etdirilir.
Şəhər rəhbərliyi məsələni gündəmdə saxlayır və aidiyyatı qurumlara
müraciət edilib”
N.Baxşəliyev bildirib ki, əvvəlki aylarla müqayisədə it dişləməsi ilə bağlı müraciət edənlərin sayı 10 dəfə azalıb.
Qeyd edək ki, iyulun 31-də Sumqayıtda it dişləyən 5 yaşlı Zeynəb Mikayılzadə avqustun 17-də dünyasını dəyişib.