Xəzər Xəbər

İki cinsi orqanla doğulan körpəni quyuya atmaq istədilər "Şeytan kimi doğuldu"

Hadisə | 13:59 • 22 Avqust 2017
İki cinsi orqanla doğulan körpəni quyuya atmaq istədilər

Hindistanın Pindşara şəhərinin yaxınlığında 22 yaşlı Kuli Bai adlı qadının körpəsi dünyaya gəlib. Ancaq körpə başqalarından çox fərqli idi. Körpə dünyayadörd ayaq, üç əl və iki cinsi orqanla gəlib. Doğduğu uşağı görən qadın və ətrafındakılar şoka düşüblər. Bundan sonrası isədaha qorxunc...



Həkimlərin dediyinə görə, körpə "parazit əkiz" kimi dünyaya gəlib. Parazit əkizlərdə əkizlərdən birinin digər əkizdə yaşaması davam edir. Əkizlərdən biri həyatını normal qaydadadavam etdirərkən, ikincisi getdikcə zəifləyir.

Körpəni ilk dəfə gördüyündə valideynləri gözlərinə inanmayıblar. Ananın valideynləri mühafizəkardır və körpənin şeytani qüvvəyə malik olduğunu düşünüblər. Məlumatagörə, ana və ailəsi uşağı diri-diri quyuya atmaq istəyib. Hadisəbarədə məlumat Dr. Matra Chhaya Xəstəxanasında çalışanBharat Pal Dandaya da çatıb.

Həkim"Ananın ailəsinin körpəni diri-diri quyuya atmaq istədiyini eşidəndə şok oldum. Onlara görə uşaq şeytanla əlaqəli idi. Kömək etməliyəm"deyib. Həkim körpə və ananı xəstəxanaya gətirmək üçün təcili yardım göndərib. Körpənin vəziyyəti çox kritik idi və dərhal əməliyyat olunmalı idi.



Uşaq dərhal yaxınlıqdakı başqa bir xəstəxanaya köçürülüb. Əməliyyat üçün dörd cərrah lazım idi. Əməliyyatdan sonra körpənin artıq orqanları müvəffəqiyyətlə çıxarılıb.

Əməliyyatda olan başqa bir cərrahParveen Mathur"Körpənin sağ qalmağı üçün bəzi orqanlarını çıxardıq. Vəziyyəti indi yaxşıdır. Bir neçə həftə nəzarət altında saxlayacağıq" deyib. Cərrahlar bu cür hadisəylə ilk dəfə qarşılaşdıqları deyiblər.

///milli.az

Xəbər lenti