Xəzər Xəbər

Zığ şossesində ağır qəza

Hadisə | 09:27 • 19 Avqust 2017
Zığ şossesində ağır qəza

Zığ şossesində yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu Zığ şosesində "Lada” markalı minik avtomobili ilə "Ford” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 05:49-da başa çatıb.

Xəbər lenti