Xəzər Xəbər

Daha bir uşaq it dişləməsindən DÜNYASINI DƏYİŞDİ - 7 yaşlı

Hadisə | 19:03 • 18 Avqust 2017
Daha bir uşaq it dişləməsindən

Bərdə rayonunda 7 yaşlı uşaq it dişləməsi nəticəsində dünyasını dəyişib.

XəzərXəbər "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndində baş verib.

Kənd sakini, 2010-cu il təvəllüdlü Hüseynov Üzeyir Şahin oğlunu bir neçə gün əvvəl it dişləyib. Valideynləri uşağı dərhal xəstəxanaya aparıblar, lakin orada bildirilib ki, alınan yaranın uşaq üçün həyati təhlükəsi yoxdur. Evdə bir neçə gün qaldıqdan sonra uşağın qəfildən vəziyyəti pisləşib və o dünyasını dəyişib. Üzeyir Hüseynov bu gün dəfn olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar