Xəzər Xəbər

Tələbə qızdan əl çəkməyən 8 uşaq atası: "Bir gün məndən yazacaqlar"

Hadisə | 16:36 • 18 Avqust 2017
Tələbə qızdan əl çəkməyən 8 uşaq atası:

Türkiyənin Ardahan vilayətində tələbə qızdan əl çəkməyən 8 uşaq atası dəhşət saçıb.

Bayramoğlu kəndində yaşayan və tələbələridaşıyan evli, 8 uşaq atasıYılan(45) iddiaya görə kənddə yaşayan L.A. (23) adlı gənc qızdan əl çəkməyib.

2 il ərzində qızı rahat buraxmayan Yılanzəngvə mesajlarla hər gün narahat etdiyi L.A. ilə evlənmək istədiyini söyləyib.

Qız bir müddət əvvəl Trakya Universitetinin İngilis müəllimliyi ixtisasına qəbul olub, oxumaq üçün Ədirnəyə gedib. Ancaq Yılan Ədirnəyə qədər gedərək, qızı narahat etməyədavam edib. Bundan sonraL.A. polisə şikayət edib.

Ardahana qayıdan Yılanötən gün qızın tarladan evə dönən atasıTuran A. və böyük qardaşıÖmər A. -nı təqib edib, evlərinin qarşısında onları güllələyib. İddiaya görə, "O qızı alacağam" deyərək qışqıran şəxsin səsini eşidib, çölə çıxan tələbə qızın 69 yaşlı əmisiAlaattin A.-nı da vurub.

Şübhəlinin açdığı atəş nəticəsində Alaattin A. hadisə yerində həyatını dünyasın dəyişib. Yaralanan Turan A. və oğlu Ömər A. xəstəxanaya çatdırılıblar. Şübhəli həbs olunub.

Qatilin Facebook-dakı hesabından "Sizə söz verirəm, bir gün bütün jurnalistlər məndənyazacaq. Respublika Prokuroru və Təhlükəsizlik İdarəsidə orada olacaq" yazdığı üzə çıxıb.

///Milli.Az

Xəbər lenti