Xəzər Xəbər

Göygöldəki DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI: Arvadının boğazını kəsib, sonra da....

Hadisə | 10:42 • 18 Avqust 2017
Göygöldəki DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI:

Göygöldə baş verən cinayətin təfərrüatları məlum olub.

Yeni Qızılca kənd nümayəndəsi Sahil Babayevin verdiyi məlumata görə, şübhəli şəxs həyat yoldaşının boğazını kəsib, daha sonra da qayınanasını öldürüb:

"Onlar əslində heç bizim kənddə qeydiyyatda deyillər. Gəncə şəhərində qeydiyyatdadılar. Əliyev Zaur kənddə rəngsaz işləyirdi. Sakit, ağıllı-başlı oğlan idi. Bu günə qədər kənddə heç kim ondan şikayət etməyib. Psixoloji problemləri olmayıb. Ailə münaqişəsi zəminində bıçaqla həyat yoldaşı Əliyeva Günelin boğazını kəsib, sonra da qayınanasını bıçaqlayıb. Xəstəxanaya çatdıra bilməyiblər. Hər ikisi təcili tibbi yardım maşınında dünyasını dəyişib. İki övladları var. Məndə olan məlumata görə, uşaqlar hazırda oğlanın anasının yanındadır. Hadisədən sonra Əliyev Zaur uşaqları anasına verib, özü də könüllü şəkildə Gəncə şəhər polisinə təslim olub".

publika.az

***

Göygöldə qətlə yetirilən ana və qızının kimliyi məlum olub.

Rayonun Yeni Qızılca kənd sakini Əliyev Zaur Adil oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Əliyeva Günel Vilayət qızı və qayınanası həmdə xalası olan 1964-cü il təvəllüdlü Əliyeva Minayəni bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən Z. Əliyev saxlanılıb.

Məlumata görə ailənin iki övladı var.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***20:35

Göygöldə iki qadının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Öldürülən qadınların ana və qızı olduğu məlum olub.

Məlumata görə, Qızılca kənd sakini həyat yoldaşı və qayınanasını qətlə yetirib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yerində istintaq əməliyyat tədbirləri həyata keçirilir.

*** 19:00

Göygöl rayonunda iki qadın amansızlıqla qətlə yetirilib.

Onlardan biri başı kəsilərək öldürülüb, digərinə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Təcili tibbi yardım briqadası hadisə yerinə gələrkən hələ həyatda olan yaralı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti