Xəzər Xəbər

İki qadın amansızca qətl edildi – birinin başını kəsdilər, digəri..

Hadisə | 19:57 • 17 Avqust 2017
İki qadın amansızca qətl edildi –

Göygöl rayonunda iki qadın amansızlıqla qətlə yetirilib.

Onlardan biri başı kəsilərək öldürülüb, digərinə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib

Belə ki, Qızılca kəndinin sakinləri Təcili Tibbi Yardım Stansiyasına (TTSİ) zəng edərək iki naməlum şəxsin öldüyü barədə məlumat veriblər.

Hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları orada bir nəfərin başının bədənindən ayrıldığını, digərinin isə müxtəlif dəcəli bədən xəsarətləri ilə yaralandığını görüblər.

Təcili tibbi yardım briqadası hadisə yerinə gələrkən hələ həyatda olan yaralı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, əraziyə baxış keçirilib.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər lenti