Xəzər Xəbər

Gömrükdə əməliyyat - Qanunsuz telefonlar aşkar edildi

Hadisə | 13:19 • 17 Avqust 2017
Gömrükdə əməliyyat -

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "BMV" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının içərisindən gömrük nəzarətindən gizlədilən və hər hansı aksesuarı olmayan 39 ədəd "H-Mobile" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti