Xəzər Xəbər

Xəzər iki gənci uddu: birinin 19 yaşı var...

Hadisə | 12:28 • 17 Avqust 2017
Xəzər iki gənci uddu:

Dənizdə batan şəxslərdən birinin kimliyi bəlli olub.

XəzərXəbər-in Fövqəladə Hallar Nazirliyinin ( FHN ) saytına istinadən məlumatına görə, avqustun 16-da dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları bu gün saat 08:45-dən etibarən davam etdirilir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məlumatına əsasən, axtarışları aparılan şəxslərdən biri 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğludur. Digər vətəndaşın şəxsiyyəti dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.

Xəbər lenti