Xəzər Xəbər

Bu il qəzalarda neçə nəfər ölüb?

Hadisə | 10:52 • 16 Avqust 2017
Bu il qəzalarda neçə nəfər ölüb?

Bu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 848 və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,0 faiz azalaraq 1147 nəfər olub.

Dövlət Statistika Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, onlardan 315-i həlak olub, 832-si isə yaralanıb. Hadisələrin 45,2 faizi gündüz, 38,1 faizi gecə, 16,7 faizi isə toran vaxtı baş verib, 25,6 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 88,9 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 16,1 faiz artaraq 223 nəfər, yaralananların sayı isə 13,7 faiz azalaraq 779 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 49,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 32,5 faizi bir neçə nəqliyyat vasitəsinin, 18,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2016-cı ilin yanvar-iyun aylarına nisbətən hadisələrin sayı müvafiq olaraq 7,2 faiz artmış, 16,9 faiz və 15,7 faiz azalıb.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 78,7 faizini, yaralananların isə 73,9 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 14 hadisə baş verib, nəticədə 9 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Belə hadisələrin 78,6 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

2017-ci iiln yanvar-iyun aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz artaraq 1555,4 min olub. Xətaların 51,1 faizi yolda müəyyən edilib hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz çox), 11,1 faizi dayanma və ya durma qaydalarının pozulması (3,0 faiz çox), 10,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (30,3 faiz çox), 9,5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (83,0 faiz çox), 3,7 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (9,4 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 30,3 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti