Xəzər Xəbər

Nazirlik bələdiyyə sədrini cərimələdi

Hadisə | 10:30 • 16 Avqust 2017
Nazirlik bələdiyyə sədrini cərimələdi

Sumqayıt şəhər sakini Rauf Məcidbəyli tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə şikayət daxil olub. Şikayət nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, araşdırma zamanı Bakı-Quba magistral avtomobil yolunun 17-ci kilometrliyində, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində məişət və istehsalat tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.

Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Saray bələdiyyəsinin sədri Natiq Tahirov barəsində protokol tərtib olunub və o inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırlması üçün cavabdeh şəxsə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.

Xəbər lenti